Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Image (Изображение)

Image (Изображение)

Mode(Режим) Photoshop-da rəng rejimi sırasını əksetdirmə, çap və təsvirin saxlanması üçün istifadə olunur. Bu rejimlər rəng modellərinə (rənglərin təsviri üçün standartlara) əsaslanır. Web-də nəşr üçün hər bir pikseldə hər bir rəng kanalının intensivliyini müəyyənləşdirən RGB (red, green, blue - красный, зеленый, синий) rejimi istifadə olunur. Bu rejim RSB rəng modellərinə videomonitorlarda istifadə olunan standart rəng modellərinə əsaslanır; o, Photoshop-da susma rejimində istifadə olunur. Qrafiki faylın Web (GIF) formatına çevrilməsi hazırlandıqdan sonra, rejim Indexed Color (Индексированные цвета) rejiminə dəyişir.
Adjust (Коррекция) - bu əmr özündə təsvirin rənglərinə düzəliş edən çox sayda əmrləri birləşdirən altmenyu əks etdirir. Bu Əmrlər skanerləşdirilmiş təsvirlərin ton və rənginin korreksiyasında və ya piksellərin mövcud mənasını yenisi ilə əvəz etməklə xüsusi effektlər yaradılmasında istifadə olunur.
Dublicate (Создать копию) - Dublicate əmri təsvirlə eksperiment etmək istədiyinizdə əlverişlidir. Dublicate Image dialoq pəncərəsinin köməyi ilə surətini ayrıca faylda yaratmaq olar. Surətdə birləşmə (qatların birləşdirilməsi) həyata keçirilə bilər. Onlar həmçinin ayrıca buraxıla bilər. Bu, dublikat təsvirdə dəyişikliklər etməklə onu originalla müqayisə etməyə imkan verir.
Apply Image (Внешный канал) - Apply Image əmri əsas təsvirin əsas qatına bircinsli və ya tərtib olunmuş kanala tətbiqində istifadə olunur. Adətən bu əmr bir neçə təsvirin yığılmasında istifadə olunur.
Calculations (Вычисления) - Calculations Apply Image əmrinə oxşayır, belə ki, onların hər ikisi də piksel kanallarının təsvirin eyni yerinə yığılmasında istifadə olunur. Calculations əmri yığım üçün iki ilkin sənəddən istifadə etmək imkanı yaradır, eyni adlı dialoq pəncərəsini açır.
Image Size (Размер изображения) - bu əmr təsvirin ölçülərinin (hündürlük və eninin) dəyişdirilməsində, həmçinin çap etmədə əksolunmanın icazənin dəyişdirilməsində istifadə olunan Image Size dialoq pənsərəsini açır. Web qrafikasının hazırlıq mərhələsində (1) təsvirə piksellərlə ölçü vermək imkanı vacibdir (1) bu zaman təsvirin icazəsinə nəzarət etməklə.
Canvas Size () - Canvas Size əmri icazəyə təşəbbüs olmadan təsvirini hündürlük və eninin dəyişdirilməsində istifadə olunan Canvas Size dialoq pəncərəsini açır. Təsvirin ölçülərinin böyüdülməsi zamanı onun ətrafında əlavə boşluq yaranır. Ölçülərin kiçildilməsi zamanı isə, yeni ölçülərə uyğun olaraq, ekranda təsvirin bir hissəsinin silinməsi haqqında xəbərdarlıq çıxacaqdır.
Crop (Кадрироват) - Crop əmri seçilmiş düzbucaqlı bölgədən kənarda olan bütün informasiyanı yox edir. Təsvirin hündürlük və eni yeni ölçülərə əsaslanaraq verilir, lakin icazə olduğu kimi qalır.
Rotate Canvas (Повернут холоев) - bu əmr bütün təsviri fırladır. Altmenyu özündə fırlatmanın 6 əmrini birləşdirir.
Histoqram (Гистограмма) - Histoqram əmri təsvirin tonal mənasını qiymətləndirir. Rəngin korreksiyasında ona periodik olaraq müraciət edin. Bu əmrin köməyilə təsvirdə dəyişikliklər etmək olmaz.
Trap (Треппинг) - bu əmr yalnız çap üçün CMYK təsvirinə tətbiq edilir. Web dizaynı üçün lazım deyil.


Bizi dəstəkləyənlər