Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Menyu sətri

Menyu sətri

Menyu sətri pəncərə başlığı altında yerləşməklə özündə doqquz əsas menyunu birləşdirir:



File (Файл) menyusuna faylların açılması, saxlanması, bağlanması, habelə, bütöv sənədin xüsusiyyətləri ilə iş, məsələn, səhifə parametrlərinin, qurğular və rəng parametrlərinin seçilməsi daxildir.
Edit (Редактирование) menyusu surətlərin çıxarılması üçün və ya seçilmiş aktiv hissələrin yeni yerə, yaxud sənədə köçürülməsində istifadə olunur.
Image (Изображение) menyusu təsvirin forma və ölçülərinin dəyişilməsi, həmçinin rənglərin korreksiyası zamanı istifadə olunan əmrləri özündə birləşdirir.
Layer (Слой) menyusu təsvirin müxtəlif hissələrinin ayrıca şəffaf üzlükdə yerləşdirilməsinə imkan verir.
Select (Выделение) menyusuna təsvir daxilində ayrıca hissələri (bölgələri) seçən əmrlər daxildir. Bu menyunun əmrlərindən təsvir boyu obyektlərin hərəkətini təmin etmək və ya təsvir daxilində ardıcıl dəyişikliklər etmək lazım gəldikdə istifadə olunur.
Filtr (Филътр) menyusuna rəsm effektlərinin yaradılmasında istifadə oluna biləcək çoxlu sayda filtrlər daxildir.
View (Просмотр) menyusuna təsvirin ekrana çıxarılma üsullarını dəyişən əmrlər daxildir.
Window (Окно) menyusu işçi bölmənin görünüşünə təsir edən əmrləri özündə birləşdirir.
Help (Помошъ) menyusu Photoshop proqramının informasiya sorğu sistemini çağırır.


Bizi dəstəkləyənlər