Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.
HTML brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.
HTML brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.
Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, raster təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, kommersial raster təsvirlərinin redaktə vasitələri sahəsində bazarın lideridir və Adobe firmasının ən məşhur məhsuludur.
Photoshop proqramı bildiyimiz kimi dünyada ən çox istifadə edilən və öndə gedən 2D qrafik proqramlarından biridir. Proqram ilə Fotomontaj işlərini yüksək səviyyədə həyata keçirmək mümkündür. Bu proqrama bənzər bir çox proqram mövcuddur, lakin işləmə asanlığı və yüksək səviyyəli filterləri ilə photoshop ən yaxşısıdır deyə bilərik. Proqrama məxsus saytda bir çox dərs mövcuddur. Bunlar vastəsilə psd rahat şəkildə öyrənmə imkanınız var. Bu dərsimizdə proqram haqqında ilk giriş məlumatları öyrənəcəksiniz.
Bu kursda fotoları redaktə edərkən Adobe Photoshop proqramından effektiv istifadə etməyi öyrənəcəksiz. Köməkçi proqramlar olan Bridge and Camera Raw barəsində də ətraflı məlumat veriləcək. Kurs ərzində “layer”, “mask”, “adjustment layer”, “blend mode” və “smart object” kimi anlayışları mənimsəyəcək və onların sizin işlərinizdə yaradacağı imkanlar barədə məlumat əldə edəcəksiniz.
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən işlənmişdir. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar.
Autodesk 3ds Max, (keçmiş 3D Studio MAX), Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur.