Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Filter (Фильтр)

Filter (Фильтр)

Last Filter (Последный фильтр) əmri əvvəlcədən verilmiş parametrlərə uyğun axırıncı istifadə olunmuş filtri tətbiq edir.
Fade (Область) əmri filtrin effektini, yaxud rəngin korreksiyasını zəiflədir və ya kiçildir. O, filtrin tətbiqindən dərhal sonra yerinə yetirilir. Fade dialoq pəncərəsi rejimi və rəngin şəffafsızlığını dəyişməyə imkan verir.
Artistic (Имитация) filtri ənənəvi bədii rəssamlıq, təsvir və fotofəndlərin imitasiyası üçün istifadə olunur.
Blur (Размытие) filtri yüksək kontraslı rənglərə malik bölgələri kiçiltməklə təsviri yumşaldır.
Brush Strokes (Штрихи) filtri Artistic əmrinə oxşayır. Bu filtrlər təsvirə rəng, detallar və ya mətn hissələri əlavə etməyə imkan verir.
Distort (Деформация) əmri rənglərin mənasını deyil, yalnız piksellərin yerləşməsini dəyişməklə xüsusi effektlər yaradır. Onlardan həcm effektlərinin və əkslərinin yaradılmasında istifadə etmək daha əlverişlidir.
Nois (Шум) filtri seçilmiş bölgələri arxa plana daha effektli yerləşdirir. Bu filtr vasitəsilə səsli mətnlər yaratmaq mümkündür.
Pixelate (Оформление) filtri bütöv rəng bölgəsində piksellərin böyük olmayan bölgələrini yaxın rənglərlə birləşdirərək, təsvirdəki rəngləri təhrif edir.
Render (Освещение) filtri onları mövcud təsvirə yerləşdirməklə və ya təsvirin özünü dəyişməklə təsvirə yeni elementlər daxil edir. Burada təbii görünən işıqlandırmanın xüsusi effektlərinin geniş diapazonunu əldə etmək olur.
Sharpen (Резкость) filtri Blur filtrinin tam əksidir. O, qarış piksellərin rəng müxtəlifliyini böyütməklə təsvirə hissəciklər əlavə edir. Bu filtr daha çox aydın olmayan şəkillərin görüntüsünü böyüdür.
Sketch (Эскиз) filtrin ənənəvi texnikasını modullaşdırır. O, təsvirin yalnız bəzi hissələrini və rəngini saxlayır.
Stylize (Стилизация) filtri Wind (Ветер)–dən tutmuş daha texniki proseslərin, məsələn, Emboss (Барельеф) tipli istənilən effektlərin yaradılmasına imkan verir.
Texture (Текстура) filtri təsvirə mətn əlavə edir. O tablonu modelləşdirir və Artistic filtri ilə birgə yaxşı işləyir.
Video (Видео) filtri təsvirin redaktəsində və ya televiziya və video üçün nəzərdə tutulmuş təsvirlərin yenidən işlənməsində istifadə olunur.
Other (Другие) menyusu yeni xüsusi filtrlər əlavə edir. Other-in filtrləri içərisində Custom (Заказной фильтр) variantı da var ki, bu da yeni filtrlərin yaradılmasına imkan verir.
Digimarc - bu filtr fayla görünməyən müəllif hüququnu bildirən işarələrin qoyulması və təsdiqlənməsinə imkan verir.


Bizi dəstəkləyənlər