Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Select (Выделение)

Select (Выделение)

All (Все) bütöv təsviri seçir.
Deselect (Отменить) seçimi ləğv edir.
Reselect (Повторить выделение) təkrar olaraq axırıncı seçimi aktiv edir.
Invers (Инверсия) aktiv seçimi invertirizasiya edir. Bu əmr seçilmiş obyektin bölgələrindən kənarda dəyişiklik etdiyiniz zaman əlverişlidir.
Color Range (Цветовой диапазон) əmri bölgəni formaya deyil rəngə əsasən seçir. Bu əmr insan saçı və ya şəkildə su tipli qeyri-ənənəvi formaların seçilməsində əlverişlidir. Əmr bütöv təsvirə və ya ayrıca seçilmiş obyektə tətbiq oluna bilər. Təsvirin rəngini göstərərkən və ya rəng diapazonuna rəng əlavə edərkən, çıxararkən bu əmrin dialoq pəncərəsində siz lazımi pikselləri ayıra bilərsiniz.
Feather (Растушевка) əmri bölgənin sərhədlərini seçir. O, seçilmiş bölgənin tərkibinin həmin bölgənin sərhədlərini əhatə edən piksellərə yerləşdirilməsində istifadə olunur ki, nəticədə daha yavaş keçid alınsın. Feather Selection (Растушевка выделения) dialoq pəncərəsinin yaratdığı radius əmrin təsir etdiyi bölgənin ölçülərini idarə edir.
Modify (Модификация) əmri riyazi olaraq piksellərə uyğun aktiv bölgənin formasını dəyişir. Onlar rəngi nəzərə almır. Seçim zamanı ekranda əlverişli əmrlərin altmenyusu əks olunur.
Crow (Смежные пиксели) əmri aktiv seçimin yanında yerləşən rənglərin daha geniş diapazonunu daxil etməklə seçilmiş bölgəni böyüdür. Əgər sizin aktiv seçiminiz əks rənglərin bölgəsiylə əhatə olunmuşsa, onda bu əmrin tətbiqi gözlənilməyən nəticələr verə bilər. Əlavə rənglərin diapazonunu Magic Wand Options (Волшебная палочка) politrasında göstərilən Tolerance (Допуск) mənasına əsasən götürülür.
Similar (Подобные оттенки) əmri Crow əmrində olduğu kimi, yaxın rənglərin hesabına seçimi böyüdür. Lakin bu əmr təkcə aktiv seçimlə qarışmış bölgələrdə deyil, bütöv təsvirdə uyğun rəngləri seçəcək. Əmr sizə bütöv təsvirdən bir rəng və ya rəng diapazonunu seçmək lazım olduqda əlverişlidir.
Transform Selection (Трансформировать выделение) əmri seçilmiş bölgənin hündürlüyünü, enini və oriyentasiyasını dəyişməyə icazə verir. Ona diqqət yetirmək lazımdır ki, bu əmr bölgədə yerləşən piksellərə deyil, yalnız bölgəyə təsir göstərir.
Load Selection (Загрузить выделение) əmri əvvəlcədən yaddaşa daxil edilmiş maska tipli bölgə əsasında yeni bölgə yaradır. Əgər hər iki bölgə eyni ölçüyə malikdirsə, siz bölgəni həmin və ya digər təsvirdən yükləyə bilərsiniz. Əmri seçərkən ekranda mümkün parametrlərin siyahısından ibarət dialoq pəncərəsi ekrana çıxacaq. İstifadə üçün yararlı kanallar seçilmiş bölgə simasında aktiv qatdan asılı olacaq.
Save Selection (Сохранить выделение) seçilmiş bölgələr yaradıldıqdan sonra kanal kimi sənəddə saxlana bilər. Əmr bölgənin yenidən təsvir üçün maska kimi istifadəsinə imkan verir. Save Selection əmri seçilərkən ekranda dialoq pəncərəsi açılır. Əgər iki təsvir eyni ölçüyə malikdirsə, siz seçimi cari və ya başqa açılmış təsvirdə saxlaya bilərsiniz.


Bizi dəstəkləyənlər